Xroniki qastrit

Qastrit – mədənin selikli qişasının iltihabi xəstəliyidir. Xroniki qastrit – uzun illər ərzində davam edən, bəzən sakitləşən, bəzən isə — əsasən də yaz və payız aylarında kəskinləşmə verən xəstəlikdir.

Xroniki qastrit – ən çox yayılmış xəstəliklərdəndir.
 


Ardı →

Uşaqlarda həzm sisteminin allergik zədələnmələri

Kiçik uşaqlarda allergenlərin əsas “qapısı” bağırsaqlar hesab edilir. Daimi olaraq uşaq orqanizminə daxil olan qida allergenləri burada toplanaraq nəticədə kəskin reaksiya olan allergiyaya səbəb olurlar.

Uşaq həyatının ilk aylarında qida allergeninin qəbul edilməsi çoxsaylı güclü qusmalara və eyni bir zamanda ishala səbəb ola bilər. Bu daha çox kəskin qida zəhərlənməsi və ya bağırsaq infeksiyasının əlamətlərini xatırladır. Bu halda uşağı mütləq həkimə göstərmək tələb olunur. Həkim gələnə qədər allergenlərin qana sorulmasının qarşısını almaq üçün onları bağırsaqdan xaric etmək məqsədi ilə, uşağa təmizləyici imalə etmək, həmçinin onun mədəsini yumaq lazımdır (1 yaşına qədər olan uşaqların mədəsini ev şəraitində yumaq olmaz!). Qida allergiyası zamanı çoxsaylı qusmalar və ishal olduğu üçün uşaq orqanizminin susuzlaşması təhlükəsi də əmələ gəlir.


Ardı →

Qidaların həzm müddəti

Sağlam bir həyat üçün yediklərimizin həzm müddətini bilmək əsasdır. Əgər yediyimiz hər hansı bir qidanın həzm müddətini bilsək o zaman yeməkdən sonra planlaşdırdığımız idman hərəkətlərini və ya yatmağı bu müddətə uyğun şəkildə planlaşdırarıq. Beləliklə də həzm və ya digər hər hansı bir sağlamlıq problemi ilə rastlaşma ehtimalımız olmaz.
Bəzi gündəlik istifadə etdiyimiz qidaların həzm müddəti tədqiqatlar nəticəsində aşağıdakı kimi göstərilmişdir.
— Çay, kofe, enerji içkiləri və idmançılar üçün hazırlanmış xüsusi içkilərin həzm müddəti bir saatdır.
— Proteinlə zəngin olan süd, qatıq, ağ çörək, banan, taxıl məhsulları, balıq və düyü kimi qida məhsullarının həzm müddəti iki saatdır.
— Qara çörək, tort, piroq kimi şirniyyat məhsulları, yumurta, qırmızı ət (qoyun və ya mal əti) toyuq, kartof kimi məhsullar üç saat müddətinə həzm olunur.
— Kolbasa, sosiska, dana ətinin qızartması, kimi məhsulları dörd saata həzm olunur.
— Fındıq və fıstıq, qoz kimi məhsullar 5 saatda göbələk, qovurma və qaz əti kimi məhsullar isə 6-7 saat müdətinə həzm olunurlar.

Davamı →

Mədə-bağırsaq xəstəlikləri

Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s.-dir.
Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saatdan sonra ola bilər. Tutmayabənzər qəfil baş verən şiddətli ağrılara sancı deyilir. Diaqnozu dəqiq qoymaq üçün ağrıların yerini düzgün müəyyənləşdirmək vacibdir. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyildir.


Ardı →

Həzm orqanları

Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.
Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi böyük ağız suyu vəziləri aiddir.
Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.


Ardı →